featured-image-8279

04

 

 

Bu gecə Ələt – Asatara yolununun 63-cü km-də 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza mişar daşıyla dolu “Maz” markalı yük maşını ilə “Volkswagen” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində “Volkswagen”in sürücüsü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başladılıb. Qəzanın dəqiq səbəbləri təyin edilmiş avto texniki ekspertizanın rəyindən sonra məlum olacaq.


media-728x90banner

Bənzər xəbərlər