media-lil
Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən “Texnovasiya – dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” tədbirində məlumat verib.
Onun sözlərinə görə, hava limanının tikintisinə 2024-cü ilin mart ayında başlanılıb. Layihə həyata keçirildikdən sonra bu obyekt Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.
Valeh Ələsgərov qeyd edib ki, yeni yük hava limanı zonanın logistika imkanlarının genişləndirilməsinə, eyni zamanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin Ələtə cəlb olunmasına mühüm töhfə verəcək.
İdarə Heyətinin sədri vurğulayıb ki, investorların marağını təmin etmək üçün yalnız vergi və gömrük güzəştləri kifayət etmir. Onun fikrincə, hazır infrastrukturun mövcudluğu, operativ xidmətlərin göstərilməsi və əlverişli logistika imkanları da investisiya qərarlarında əsas rol oynayır.

media-728x90banner

Bənzər xəbərlər