Əli Əsədov Qazaxıstanın baş nazirinin müavini ilə görüşdü
Bu gün baş nazir Əli Əsədov Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.










