Əli Həsənov istintaqa cəlb olunub
Əli Həsənov Dövlət Təhülkəsizlik Xidmətinə çağırılıb.
XALQ xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
Məlumata görə Aslan İsmayılov sosial hesabında canlı yayım zamanı qeyd edib ki, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov Dövlət Təhülkəsizlik Xidmətinə çağırılıb.
Güman edilir ki, o Ramiz Mehdiyevin işi ilə əlaqədar aparılan istintaqla bağlı çağırılıb.
Əli Həsənov açıqlamalarında qeyd edib ki, bu barədə danışmaq istəmir.










