media-alii

İyunun 13-də  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib.

Komitə sədri bildirib ki, layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halının da əlavə edilməsi təklif edilir.

Cinayət-Prosessual Məcəlləsi üzrə isə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif olunur. Belə ki, müstəntiqin bütün səlahiyyətlərindən istifadə edən istintaq şöbəsinin rəisi müstəntiqin bu Məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və s.) yarandıqda, habelə bu Məcəllənin 85.6.2-ci maddəsinə uyğun olaraq həyata keçirilən nəzarət çərçivəsində müstəntiqin cinayətin açılması və araşdırılması üçün vaxtında müvafiq tədbirlər görməməsi nəticəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngidildiyini müəyyən etdikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat verməklə cinayət işini bir müstəntiqin icraatından götürərək digər müstəntiqin icraatına verir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini söyləyib. Komitə sədri məhkəmə qərarlarının icrası sahəsində mövcud vəziyyət barədə danışaraq, bu qərarların təmin edilməsi üçün təsirli tədbirlərin görüldüyünü deyib, bu baxımdan təqdim edilən qanun layihəsinin əhəmiyyətindən söhbət açıb.

Qanun layihəsində ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması təklif olunur. Sənəddə Ədliyyə Nazirliyinin hesabına daxil olan pul vəsaitlərinin vahid hesabda cəmlənməsi və həmin vəsaitin ədliyyə orqanlarının bütün əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, nazirliyin elmi-texniki potensialının artırılması və digər məqsədlərə sərf edilməsi nəzərdə tutulur. Digər dəyişiklikdə icra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişlərinin miqdarının artırılması təklif edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 


media-728x90banner

Bənzər xəbərlər