Əli Məsimli Qaxda vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Əli Məsimli 2025-ci ilin dekabr ayının 18-də Qax şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda iştirak edən vətəndaşlar müxtəlif xarakterli problemlər qaldırıb. Vətəndaşların qaldırdığı problemlər sırasında – işsizlik və işlə təmin olunma, şəhid ailələrinin və bu kateqoriyaya daxil olmayan digər şəxslərin mənzillə təmin olunması,mülkiyyət mübahisələri və mülkiyyət üzərində hüquqlarının rəsmiləşdirilməsi, vətəndaşlığa qəbul və s. bu kimi məsələlər üstünlük təşkil edib.
















