Əli Məsimli seçicilərlə görüşdü
Milli Məclisin deputatı Əli Məsimli 2025-ci ilin iyun ayının 11-də Qax şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu keçirmişdir.
Qəbulda iştirak edən vətəndaşlar müxtəlif problemləri qaldırmış, qaldırılan problemlər sırasında mənzil problemi, torpaq mübahisəsi, maddi yardımın göstərilməsi, işsizlik, ayrı-ayrı sahələr üzrə dövlət rüsumlarının çoxluğu və s. məsələlər üstünlük təşkil etmişdir.
Qəbul zamanı qaldırılan problemlərlə bağlı vətəndaşlara maarifləndirici xarakterli tövsiyələr verilmiş, eyni zamanda bu problemlərin həllinə dəstək vermək məqsədilə müvafiq icra sturukturlarına müraciətlər ediləcəyi bildirilmişdir.