Əli Məsimli təkliflə çıxış etdi
İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin iyunun 9-də keçirilən iclasında, “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli çıxış edib.
Həmin çıxışın əsas məqamlarını təqdim edirik:
Büdcə iqtisadiyyatın güzgüsüdür.Büdcə necədirsə,iqtisadiyyat da elədir.Ona görə də istər növbəti il üçün büdcə paketinin proqnozları,istərsə də icra olunmuş büdcənin hesabatının Milli Məclisdə müzakirəsi çox müham hadisədir.
2025-ci ilin dövlət büdcəsinin icrası haqqında danışanda 3 məqam daha çox diqqəti çəkir:
Birincisi, 2025-ci ilin dövlət büdcəsinin icrası makroiqtosadi sabitlik şəraitində icra olunub.
İkincisi,büdcə gəlirlərinin qeyri neft sektorundan daxil olan hissəsi cari xərcləri əvvəlki illərdə ilduğu kimi, ötən il də tam örtə bilməsə də,bu sadədə müsbət dinamikanın olması novbəti illər üçün də yaxşı baza yaradır.
Üçüncüsü,2025-ci ildə makroiqtisadi sabitlik qorunub saxlanılsa da,iki mühüm mükroiqtisadi göstəricidə proqnozla müqayisədə xeyli kənarlaşma olub.Ötən il ÜDM 3,5 faizlik artım proqnozuna qarşı cəmi 1,4 faiz artım olub.Bu temp proqnozdakından 2,5 dəfə,2024-cüilin müvafiq göstəricisindən isə 3 dəfəyə yaxın aşağıdır.
Eyni zamanda ötən il 4,8 faizlik inflyasiya proqnozuna qarşı 5,8 faiz inflyasiya olub.Əslində ötən il inflyasiya,xüsusən də əsas tələbat mal və məhsüllarının qiymətləri daha çox artıb.2025-ci ildə inflasiya sürətinin 2024-cü illə müqayısıdı 2,6 dəfə artıq olması o deməkdir ki,inflyasiya təzyiqi xeyli güclənib.
Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertlərin azaldılması tarixi bir addımdır, lakin onu əvəz edə bilən kompensasiya mənbələri də araşdırılmalıdır.Bu sahədə ən etibarlı mənbəə ümumi daxili məhsulun (ÜDM) artım tempinin sürətləndirilməsidir. ÜDM-in tempinin 1 % artması və yaxud azalması ilə 1,3 milyard manatlıq yeni dəyər udur və yaxud uduzuruq. Ona görə də ÜDM-in artımının sürətləndirilməsinə həm müsbət təsir edən,həm də mane olan amillərin dərinləşdirilmiş araşdırılmasının aparımlası və müvafiq tədbirlərin görülməsini vacib hesb edirik.
Bununla yanaşı qeyd etdiyimiz mələlərlə bağlı araşdırılması zəruri olan bir neçə sual ortaya çıxır:
Birincisi,büdcə siyasətinin sərtləşdirilməsi,büdcədə nəzərdə tutulan,ancaq icra edilməyən vəsaitlər,eləcə də inflyasiya təzyiqinin güclənməsi iqtisadi artım tempinə necə təsir edib?
İkincisi,büdcədə nəzərdə tutulan,amma icra olunmayan vəsaitin hər manatı qarşılıqlı borclar sistemi mexanizmindən keçəndə, sahədən asılı olaraq iki, üç, dörd və daha artıq manat borc yaradır.2025-ci ildə debitor borcları 1 milyard manata qədər artıb.Sistemdaxili borcları da nəzərə alanda qarşılıqlı borclar daha yüksəkdir.Büdcədə nəzərdə tutulan,amma icra olunmayan vəsait qarşılıqlı borclara necə təsir edib?
Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı 46 tövsiyəsində nəzərdə tutulanların, xüsusi işçi qrupu tərəfindən araşdırmasını və məqbul hesab edilən təvsiyələrin nəzərə alınmasını vacib hesanb edirik.Məsələn,əmək haqqı sosial xarakterli anlayış olsa da, işçinin göstərdiyi əməyə görə aldığı maddi ödənişdir.Ona görə əməyin ödəniş xərcləri büdcənin sosialyönümlü xərclərinə aid edilsə də,mahiyyət etibarı ilə sosial müdafiə və sosial təminat xərcləri ilə eyni kateqoriyaya aid xərc deyil.Bundan əlavə Hesablama Palatasının dövlət büdcəsindən subsidiyaların verilməsi mexanizmini tənzimləyən aydın meyarların və konkret qaydaların olması; dövlət sifarişləri üzrə mexanizmin təkmilləşdirilməsi,dövlət sifarişinin formalaşdırılması prosesinin elektronlaşdırılması;büdcədə bölüşdürülməyən (bloklanmış) xərclərin ümumi xərclərdə xüsusi çəkisinin azaldılması; icmal büdcəyə daxil olan büdcələrin gəlirlərinin uçotunda vahid yanaşmanın tətbiq edilməsi və sair bu kimi məslələr xüsusi aktuallıq kəsb edir.










