Bu gün Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

XALQ xəbər verir ki, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edir.

Tədbirdə Türkiyə, Gürcüstan, Xorvatiya, Moldova, Bosniya və Hersoqovina və digər ölkələrdən nümayəndə heyətləri iştirak edir.

***

DTX rəisi bildirib ki, 2025-ci il ərzində Dövlət Komissiyası beynəlxalq təcrübənin öyrənilməsi və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirib.

O qeyd edib ki, bu xüsusda 2025-ci ilin mart ayında İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru xanım Katrin Bomberqerin rəhbərliyi ilə qurumun nümayəndə heyəti ölkəmizə səfəri nümunə göstərilə bilər: “Təmaslar çərçivəsində Beynəlxalq Komissiya ilə çox faydalı müzakirələr aparılmışdır. Sözügedən müzakirələrin nəticəsi olaraq Beynəlxalq Komissiya tərəfindən hazırlanmış elektron məlumat bazasının təmənnasız qaydada Azərbaycana təqdim edilməsi, itkin düşmüş şəxslər probleminin həllində, xüsusilə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və eyniləşdirmə, o cümlədən aidiyyəti qurumların mütəxəssis heyətinə təlimlərin keçirilməsi, yeni texnologiyalar və metodologiyaların tətbiqi sahəsində ölkəmizə dəstək veriləcəyi və əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Beləliklə, 2025-ci il üzrə “İş planı” təqdim olunub”.

Ə. Nağıyevəlavə edib ki, Bosniya və Hersoqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində səmərəli olacağını nəzərə alaraq, qarşılıqlı əməkdaşlıq haqqında Memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı anlaşma Memorandumunun layihəsi müzakirə edilib və razılaşdırılıb. Bu gün həmin Memorandum imzalayacaq.

 Konfrans  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev kiberfestival iştirakçılarına müraciət ünvanlayıb.

 Xidmət rəisi tədbirin ölkəmizin kibertəhlükəsizlik ekosisteminin güclənməsinə ciddi töhfə verəcəyini deyib, DTX-nin kibertəhlükəsizlik sahəsində gördüyü önəmli işlərdən söz açıb: “Bu il kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib və onların kibermüdaxilə cəhdi vaxtında alınıb. Bundan əlavə, kritik informasiya infrastruktur obyektinə qarşı kiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsiz əldə edilməsində, eləcə də zərərverici proqram təminatlarının qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər”.

Generalın sözlərinə görə, qlobal kiberməkanda ölkəmizin milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetləri sırasında olub. Müxtəlif əməkdaşlıq platformaları çərçivəsində 160-dan çox ölkənin kibertəhlükəsizlik üzrə cavabdeh qurumları, eləcə də qlobal texnologiya şirkətləri və təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri formalaşdırılıb.

“İtkin düşmüş şəxslər məsələsinin sülh sazişi layihəsində ayrıca maddə ilə təsbit olunması Azərbaycanın bu məsələnin həllinə önəm verdiyini bir daha təsdiq edir”.

Bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, 2025-ci ilin avqust ayının 8-də Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Saziş layihəsinin 9-cu maddəsi məhz möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə itkin düşmüş şəxslərin taleyinin müəyyən olunmasına həsr edilib: “Layihəyə əsasən, tərəflər hərbi münaqişədə baş vermiş itkindüşmə və məcburi yoxaçıxma hallarının həlli üçün birbaşa və ya aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər”.

Ə. Nağıyev əlavə edib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanmış üçtərəfli Bəyanat, eyni zamanda fevral ayında Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında keçirilmiş ilk görüş və sonrakı təmaslar, eləcə də müəyyən informasiya mübadilələrinin aparılması bu sahədə yeni ümidlər yaradır: “İnanırıq ki, Ermənistanın aidiyyəti Dövlət Komissiyası ilə məqsədyönlü təmaslarımız uğurla davam edəcək və hər iki tərəfə aid itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsinə müsbət töhfə verəcək”.


media-728x90banner

Bənzər xəbərlər