Əlibala Məhərrəmzadə seçicilərin müraciətlərini dinlədi
Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə seçicilərlə görüşüb .XALQ.AZ xəbər verir ki, deputat fərdi qaydada Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının binasında seçiciləri qəbul edib.
Görüşdə seçiciləri narahat edən məsələlər müzakirə olunub. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.























