media-nadir

Müğənni Nadir Qafarzadənin evində xeyir iş olacaq.

XALQ  xəbər verir ki, sənətçi oğlu Əzizi evləndirir. Toy sentyabrın 8-də keçiriləcək.

Şəhər restoranlarından birində keçiriləcək məclisə şou-biznes nümayəndələri qatılacaqlar.

Əziz Sevil adlı xanımla ailə qurur.

Qeyd edək ki, bir müddət əvvəl cütlüyün nişanı olmuşdu. Nadirin Loğman adlı bir oğlu da var.

Qeyd edək ki, 2022 -ci ildə Nadir Qafarzadənin oğlu Loğmana etdiyi təmtəraqlı toyundan sonra  qalmaqal yaşanıb.Televiziyada verilişində  qonaq olan Nadirə toya çağırmadığı həmkarından pul gəlib. Nadir Qafarzadə həmkarını oğlunun toyuna dəvət etmədiyi üçün ondan üzr istəyib və qeyd edib ki, digər oğlunun toyuna Əlikramı hökmən dəvət edəcək.


media-728x90banner

Bənzər xəbərlər