Elnarə Akimova seçicilərlə görüşdü-Fotolar
46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputat Elnarə Akimova vətəndaşlarla qəbul keçirib, onların müraciətlərini dinləyib.
XALQ.AZ xəbər verir ki, vətəndaşlar qarşılaşdıqları problem və çətinliklərlə bağlı deputata müraciət ediblər. Seçicilər tərəfində səsləndirilən müraciətlər əsasən, işsizlik, sosial məsələlər, sağlamlıq və s. bağlı olub. Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi və araşdırılması üçün qeydə alınıb.
Qeyd edək ki, deputatın seçicilərlə növbəti görüşü 24 oktyabrda YAP Sumqayıt şəhər təşkilatında keçiriləcək.



















