Elnur Rzayev görüş keçirdi: Sakinlərin müraciətləri həll olunur
Elnur Rzayev Uzunoba kəndində sakinlərlə görüşüb
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Uzunoba kəndində növbəti səyyar qəbul keçirib. Qəbulda Xaçmaz rayon prokuroru Rəşad Məmmədov, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Görüşdən əvvəl rayon rəhbərliyi və iştirakçılar 20 Yanvar şəhidi Zahid Abdullayevin büstü önünə gül dəstələri qoyaraq şəhidimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Uzunoba, Baraxum, Xəzərli, Şıxlı, Məşidoba, Şərifoba, Tikanoba və Yataqoba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və bir sıra fərdi müraciətlərlə bağlı məsələləri səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bir çox müraciət yerindəcə müsbət həllini tapıb.
















