media-1
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti vətəndaş qəbulunu keçirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulunu keçirib.
Qəbulda əvvəlcədən müraciət etmiş rayon sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri məşğulluq, su təchizatı, elektrik təsərrüfatı və digər sosial məsələləri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll edilib, araşdırılması tələb olunan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə müvafiq tapşırıqlar verib.
media-1 media-2 media-3 media-4 media-5

media-728x90banner

Bənzər xəbərlər