media-0012

Xaçmazın Gülalan kəndində növbəti səyyar qəbul keçirilib.

XALQ xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Gülalan kəndində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Gülalan, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Laman və Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirkaçıları əvvəlcə şəhid Fizuli Yarməmmədovun büstü önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008 media-009 media-010 media-0111 media-0012


media-728x90banner

Bənzər xəbərlər