media-039
Xaçmaz şəhərində növbəti səyyar qəbul keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbulunu keçirib.
Xaçmaz şəhər 5 tam nömrəli məktəbdə keçirilən səyyar qəbulda Xaçmaz şəhəri və ətraf yaşayış massivlərinin sakinləri iştirak edib.
Qəbuldan əvvəl şəhid Bəybala Rəsulovun büstü önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin elektrik naqillərinin yenilənməsi, istismara yararsız qaz xəttlərinin dəyişdirilməsi, daxili yolların təmiri və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
media-022 media-023 media-024 media-025 media-026 media-027 media-027 media-028 media-029 media-030 media-031 media-032 media-033 media-035 media-036 media-037 media-038 media-038 media-039

media-728x90banner

Bənzər xəbərlər