Elnur Rzayev şəhid ailəsini ziyarət edib
Elnur Rzayev müalicədən qayıdan şəhid ailəsini ziyarət edib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon prokuroru Rəşad Məmmədov Mirzəmmədqışlaq kəndində şəhid Sərxan Mirzəmmədovun ailəsini ziyarət ediblər.
Elnur Rzayev müalicədən qayıdan şəhid atası Osman Mirzəmmədovun və şəhid anası Bibixanım Mirzəmmədovanın səhhəti ilə maraqlanıb, onlara şəfa diləyib. Şəhid ailəsini qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.














