media-71
İcra başçısı Xaspoladoba kəndində şəhid Rəhim İmamovun ailəsini ziyarət edib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mütəmadi olaraq şəhid və qazi ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə köməklik göstərir.
Elnur Rzayev növbəti dəfə Xaspoladoba kəndində Vətən müharibəsi şəhidi İmamov Rəhim Rauf oğlunun ailəsini ziyarət edib, sosial qayğıları ilə maraqlanıb. Şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib. Bildirib ki, qəhrəman oğullarımızın şücaəti Vətən torpaqlarının azadlığa qovuşmasında mühüm rol oynayıb və onların döyüş meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, şəhid Rəhim İmamovun atası Rauf İmamov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
media-55 media-56 media-57 media-58

Həmçinin Şimal qəsəbəsində səyyar qəbul keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şimal qəsəbəsində səyyar qəbul keçirilib.
Qəbulda Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Şimal və Turist qəsəbələri, eləcə də Nabran, Dalğalı, Günəşli, Meşəli, Samurçay və Tel kəndlərinin sakinləri iştirak ediblər.
Görüşdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, suvarma kanallarının təmizlənməsi və əvvəlki illərdə paylanılan torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
media-66 media-67 media-68 media-69 media-699 media-70 media-71

media-728x90banner

Bənzər xəbərlər