Elnur Rzayev şəhid atası ilə görüşdü
Şəhid atası təltif edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 70 yaşı tamam olan şəhid atası, pəhləvan Xəlillulla Ələnur oğlu Süleymanovla görüşüb. Elnur Rzayev yubilyarı təbrik edib, xoş arzularını çatdırıb. Həmçinin onu rayonun ictimai həyatında səmərəli fəaliyyəti və 70 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib, qiymətli hədiyyə ilə mükafatlandırıb.