Elnur Rzayev şəhid övladını təbrik edib
İcra başçısı 20 yaşı tamam olan şəhid övladını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində şəhid İlqar Şəmiyyət oğlu Hüseynlinin ailəsini ziyarət edib. Elnur Rzayev bu günlərdə 20 yaşı tamam olan şəhidin qızı Leyla Hüseynlini təbrik edərək ona xoş arzularını çatdırıb. Həmçinin doğum gününü qeyd edən Leylaya xatirə hədiyyələri təqdim edib.
Görüş zamanı icra başçısı şəhid ailəsi ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.























