media-47
Ağsaqqallar Şurasının üzvləri yubiley münasibətilə təltif olunublar
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun ictimai həyatında fəal iştirak edən Ağsaqqallar Şurasının üzvləri — Ələskər Babayev və Bədəl Məmmədovun 80 illik, Abdulla Didarovun isə 70 illik yubileyi münasibətilə rəsmi təbrik görüşü keçirib.
İcra başçısı yubilyarlarla səmimi söhbət edərək onların zəngin həyat təcrübəsini, cəmiyyət qarşısındakı xidmətlərini və gənc nəslin tərbiyəsindəki rolunu yüksək qiymətləndirib.
Görüş zamanı Elnur Rzayev hər üç ağsaqqalı Rayon İcra Hakimiyyəti adından Fəxri fərmanla təltif edib, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və uzun ömür arzulayıb.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək yaşlılara dövlət səviyyəsində göstərilən hörmətin milli dəyərlərimizə sadiqliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
media-47 media-48 media-49 media-50 media-51 media-52

media-728x90banner

Bənzər xəbərlər