Elşad Həsənov sakinlərin müraciətlərini həll etdi
Yasamal rayonunda sakinlər üçün sentyabr ayı üzrə səyyar qəbul keçirilib.
XALQ xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşündə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər.
Elşad Həsənov sakinlərdən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib.
Öncə söz alan Yasamal rayonunun sakinləri vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırıqlara görə dərin minnətdarlıqlarını ifadə ediblər. Daha sonra Yasamal rayonunun sakinləri MTK binalarının təmiri, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bina həyətlərində avtoparking, Sovetski ərazisində sakinlərə düşən kompensasiya məbləği, qurumuş ağacların budanması, bina həyətlərinin qanunsuz zəbt edilməsi ilə mübarizə, əlillər üçün mənzil növbəsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırıblar.
İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verib. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.