media-085
Yasamal Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib
Vətəndaşların həftəlik qəbulu cədvəlinə uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bu gün rayon sakinlərini qəbul edib. Qurumun inzibati binasında keçirilən qəbulda İcra Başçısı aparatının rəhbər heyətinin vəzifəli şəxsləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov üzləşdikləri problem və çətinliklər bərədə məlumat verməyi xahiş etdi. Növbə ilə söz alan Yasamal sakinləri məşğulluq, səhid ailələrinin mənzil təminatı, istismar müddəti bitmiş evlərin söküntüsü və kompensasiya məbləği,qəyyumluq, ticarət köşklərinin fəaliyyəti və bir sıra sosial məsələlər qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saat davam edən qəbulda vətəndaşların problemlərinin həlli ilə baglı aparat əməkdaşlarına bir sıra göstəriş və tapşırıqlar verdi.Qaldırılan digər məsələlər isə nəzarətə götürülərək onların həll müddətləri müəyyən edildi.Yasamal Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq vətəndaşlarla inzibati binada və səyyar qaydada həftəlik görüş və qəbulları davam edir.
media-088 media-087 media-089 media-086 media-085

media-728x90banner

Bənzər xəbərlər