Əməkdar həkim Zaur Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib
Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub
XALQ xəbər verir ki, təyinatlarla bağlı TƏBİB-in İcraçı direktoru Anar Byaramov əmrlər imzalayıb.
Əmrlərdən birinə əsasən, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.
Z.Xəlilov əmək fəaliyyətinə 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.
2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb.
Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Prezidentin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adına layiq görülüb.











