Əminə Ağazadə iclasda təqdim etdiyi bu qanunda dəyişiklik qəbul olundu
İyulun 9-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, layihə barədə birinci və ikinci oxunuş zamanı ətraflı məlumat verildiyini deyib və hər hansı təklifin daxil olmadığını nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Millət vəkili bildirib ki, layihə prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişiklikdə prokurorluq işçilərinin qulluqda olmasının son yaş həddinin 60 yaşdan 65 yaşa qaldırılması təklif edilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.