Əminə Ərdoğan buna icazə vermədi – VİDEO
Fransa Prezidenti Emmanuel Makronun NATO sammiti çərçivəsində Ankarada keçirilən rəsmi ziyafətdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı hərəkəti gündəm olub.
NATO liderləri və xanımlarının şərəfinə təşkil edilən şam yeməyinə qatılan Fransa dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən qarşılanıb.
Görüş zamanı E. Makron Əminə Ərdoğanın əlini öpmək istəsə də, Türkiyənin birinci xanımı buna icazə verməyib.
Həmin maraqlı anlar kameralara anbaan yansıyıb.










