Əmlakları ilə Zakir Fərəcovu az qala kölgədə qoyurmuş – Baş memarın mülkləri-SİYAHI
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi sabiq baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.
XALQ bildirir ki, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.
Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilənlər:
Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 – 43,80 kvadratmetr
Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 – 333,70 kvadratmetr
Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 – 29,40 kvadratmetr
Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C – 20,70 kvadratmetr
Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq sahəsi, 104 – 0,06 hektar
Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş əmlaklar:
Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, yeni yaşayış massivi, 4A-cı məhəllə – 0,0507 hektar torpaq sahəsi
Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197 – 86,50 kvadratmetr fərdi yaşayış evi. Bizimesr.az










