Ərdoğan Azərbaycana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
XALQ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, liderlər Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcəklər.
Bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.
Sözügedən sammit oktyabrın 7-si Qəbələdə baş tutacaq.