Ərdoğan Culani ilə görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türk Evində Suriya Prezidenti Əhməd əş-Şaaranı (Culani) qəbul edib.
XALQ xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.
Məlumata görə, liderlər Nyu-Yorkdakı Türkiyə evində görüşüblər.
Görüşdə Suriyanın xarici işlər naziri Əsəd Şeybani və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.
