Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmini qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
XALQ.AZ xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat xidmətindən bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları 2018-ci ilin dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi baxımından önəmli bir il olduğunu qeyd edərək bu işdə qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb, qarşıdakı illərdə də əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.
Orxan

















