Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirak etmək üçün Kazana gedib.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

R.T.Ərdoğan səfər çərçivəsində BRICS sammitində iştirak edəcək, eləcə də tədbirdə iştirak edən bir sıra hökumət və dövlət başçıları ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində Türkiyə prezidentinin Vladimir Putinlə təkbətək görüşü də nəzərdə tutulub.


media-728x90banner

Bənzər xəbərlər