Ərdoğan Milli Məclisdə – YENİLƏNİB
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.
XALQ.AZ xəbər verir ki, toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.
Türkiyə Prezidenti iclasda deputatların önündə çıxış edəcək.
15:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.
XALQ.AZ xəbər verir ki, Türkiyə lideri iclasda çıxış edəcək.
Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. dünən o, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşa şəhərində olub.
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilir.
“XALQ.AZ”ın iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, toplantıda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edir.
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası başlayıb.
“XALQ.AZ”ın iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.