Ərdoğan qoşun yeritməyə hazırlaşır? – ŞOK açıqlama
ABŞ Prezidenti Donald Tramp Ağ Evin “Cənub Çəmənliyi”ndə jurnalistlərə açıqlamasında Vaşinqtonun Türkiyədən Yəməndəki Husi Ənsar Allah hərəkatına qarşı hərbi əməliyyatlara qoşulmasını istəyə biləcəyini istisna etməyib.
Xalq.online xəbər verir ki, Tribuna.az xarici mediaya istinadla məlumat yayıb.
Jurnalistlər Amerika liderindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan husilərə qarşı əməliyyatı dəstəkləməsini xahiş etmək niyyətində olub-olmadığını soruşublar.
“Mən bu addımı ata bilərəm. Bildiyiniz kimi, o, mənim yaxşı dostumdur. Türkiyə prezidentinə böyük hörmətim var. Düşünürəm ki, prezident Ərdoğan mənim ondan istədiyimi edəcək”, – deyə Tramp cavab verib.
Eyni zamanda, ABŞ prezidenti Türkiyə liderinə artıq belə bir xahiş edib-etmədiyini və Türkiyənin əməliyyatda iştirakı ehtimalının müzakirə olunub-olunmadığını deməyib.
Bəyanat Yəməndə münaqişənin gərginləşməsi fonunda verilib. Son günlərdə husilər Ər-Riyad hava limanı da daxil olmaqla, Səudiyyə Ərəbistanının hədəflərinə hücumları gücləndiriblər. Bu hücumlar insan tələfatına və hava nəqliyyatının pozulmasına səbəb olub. Daha əvvəl Tramp ABŞ-ın Səudiyyə Ərəbistanı ilə birlikdə husilərə qarşı zərbələrdə iştirakını istisna etməyib.










