media-erd

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində silahlı hücum cəhdini qınayıb.

XALQ xəbər verir ki, Ərdoğan bu haqda sosial şəbəkədə yazıb.

“Dünən axşam Vaşinqtonda Ağ Ev Müxbirlərinin Şam yeməyində baş verən atışma cəhdini pisləyirəm. Xoşbəxtlikdən prezident Tramp və onun həyat yoldaşı Melaniya xanım da daxil olmaqla heç kim xəsarət almayıb. Demokratik ölkələrdə mübarizə ideyalarla aparılır, zorakılığın heç bir formasına yer yoxdur. Prezident Trampa, onun həyat yoldaşına və Amerika xalqına keçmiş olsun deyirəm”


media-728x90banner

Bənzər xəbərlər