Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya çağırış edib.

XALQ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı danışıb.

“Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük. Ümid edirəm ki, bu dəfə ələ keçirilən fürsət boşa çıxmaz”, – Ərdoğan deyib.

O, həmçinin qeyd edib ki, tərəflər 2022-ci ilin mart ayında sülhə çox yaxın idilər və amma bəzi güclərin müdaxiləsi səbəbindən bu, alınmayıb.

 


media-728x90banner

Bənzər xəbərlər