Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

XALQ xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm.

Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, – paylaşımda deyilir.

 


media-728x90banner

Bənzər xəbərlər