Erməni vandalizmini ölkə başçısı bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırdı
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfəri və səfər zamanı verdiyi mesajlar, bəyanatlar, işğaldan azad olunmuş ərazilərdə görüləcək quruculuq işləri barədə səsləndidiyi fikirlər baxımdan çox mühüm bir səfər idi.
Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, bu səfəri təkcə ölkə daxili bir səfər kimi yox, həm də beynəlxalq əhəmiyyətə malik bir səfər kimi dəyərləndirmək lazımdır. “Cənab Prezidentin Şuşaya səfərinin siyasi mənası ondan ibarət idi ki, artıq Qarabağ münaqişəsi həqiqətən tarixə qovuşub və Şuşa Azərbaycan torpağıdır, bundan sonra kimsə cürət edib, bu torpaqlara bir daha addım ata bilməz. Belə cəhd olarsa, anındaca layiqli formada dəmir yumruq payını almış olacaq. Bunu cənab Prezident Şuşada olarkən bir daha revanşist qüvvələrə xatıdrlatdı.
İkinci mühüm məqam isə cənab Prezident bir daha beynəlxalq aləmə erməni vəhşiliyini, vandalizimini açıq surətdə nümayiş etdirdi. Dünyaya işğal etdikləri ərazilərdə hansı vəhşiliyi, vandalizmi, dağıntıları törədib. Dövlət başçısı kabinetlərdə oturaraq kimlərinsə fikirləri əsasına hesabat hazırlayan beynəlxalq təşkilatlara da növbəti dəfə Azərbaycanın haqlı mövqeyini sərt formada çatdıraraq bəyan etdi ki, hesabatlarınızı kabinetlərdə yox, yerlərdə real vəziyyətə uyğun formada hazırlayın. Ermənilərin törətdiyi vəhşilikləri, vandalizm əməllərini gözünüzlə görün. Cənab Prezidentin beynəlxalq təşkilatlara və aləmə ünvanlana bu bəyanatı milli maraqlaırmız baxımından çox mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı bu bəyanatla Azərbaycanın erməni vəhşiliyinə, vandalizminə göz yuman beynəlxalq təşkilatlara növbəti dəfə ölkəmizin qəti mövqeyini çatdırdı.
Səfərin digər mühüm cəhəti isə Şuşanın və işğladan azad olan ərazilərin gələcək inkişaf perspektivi, böyük qayıdışın təmin olunması üçün görüləcək işlərlə bağlı verilən bəyanatlar idi”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, cənab prezident Şuşaya gedərkən “Günəş də çıxıb yollarımızı işıq salıb, Bu Qələbə yoludur” deməsi bir növ rəmiz və böyük siaysi məna yükü daşıyırdı: “Çünki cənab Prezident Şuşaya gedərkən ilk olaraq Fizuli-Şuşa magistralınının asflatdöşəmə mərasimində, Fizuli Beynəlxalq hava limanının tikintisinin təməl qoyma mərasimində iştirak etdi. Ölkə başçısının da dediyi kimi böyük qaydışla bağlı işlərə böyük start verdi. Bu təkcə böyük qayıdış olmayacaq, eyni zamanda böyük bir canlanma olacaq. Bölgənin və ümumlikdə ölkənin inkişafı baxımından mühüm bir mərhələ olacaq. Yeni-yeni iş yerləri açılacaq, ölkə iqtisadiyyatının qeyri-neft sektoru inkişaf edəcək və bu da vətəndaşlarımızın rifah halında yaşamasına öz töhfəsini vermiş olacaq”.
Millət vəkili onu da bildirib ki, cənab Prezident səfəri zamanı Şuşanın bir siyasi və mədəniyyət mərkəzi kimi dünyaya təqdim edilməsi istiqamətində də öz mesajlarını bəyan etdi. “Cənab Prezident bəyan etdi ki, bundan sonra Şuşada ən müxtəlif beynəlxalq səviyyəli mədəniyyət festivalları, tədbirləri keçiriləcək. Muğam, “Xarı bülbül” festivalı və sair. Şuşada eyni zamanda biz ən yüksək səviyyəli siyasi və mədəniyyətlərarası dialoqlaırn keçirilməsinin şahidi olacağıq. Əminəm ki, yaxın illərdə Şuşa təkcə bir mədəniyyət mərkəzi kimi yox, həm də dünyanın üzləşdiyi ciddi humanitar problemlərin həllinin dialoq mərkəzinə çevriləcək. Cənab Prezidentin Şuşada yenidən dahi Azərbaycan incəsənət və mədəniyyət xadimləri olan Üzeyir Hacəbəylinin, Natəvanın, Bülbülün büstünün aılşını etməklə qarşıda qoyulan hədəflərə qısa zamanda nail olunacağına mesaj vermiş oldu. Çünki müharibənin bitməsindən cəmi iki ay sonra Azərbaycan dühalaırnın büstlərinin Şuşada ucaldılması bunun bariz nümunəsi idi”-çillət vəkili bildirib.
Millət vəkili onu da bildirib ki, cənab Prezidentin Şuşa səfərinin ən ciddi məqamlaırnda biri də Azərbaycan gəncliyinə verdiyi dəyər və onun rolunu yüksək qiymətləndirməsi idi: “Cənab Prezident İlham Əliyev bildirdi ki, bu gün torpaqları işğaldan azad edən gənclərin ilk dəfə prezident seçiləndə 10-15 yaşı var idisə, bu gün 27-32 yaşı var. Onlar Ulu öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyimindən sıyrılıb çıxıblar, azərbaycanlı olmağın qürurunu yaşayaraq, vətənpərvər ruhda böyüyüblər və əməlləri ilə Azərbaycanın qürurunu qaytardılar. Bu gənclər dünyanın müxtəlif ölkələrində Azərbaycan bayrağını dalğalandırmağı, himnini səsləndirməyi onların həyatlarının ən böyük mənasına çevirən İlham Əliyevin idarəçiliyinin yetirmələridir.
Ümumiyyətlə cənab Prezident Şuşada Azərbaycan xalqının bir yumruq kimi birləşməsinin nəticəsi olaraq qələbləri əldə etdiyini və bu qələbədə bütövlükdə dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün xalqın rolunun böyük önəm daşıdığını dilə gətirdi. Bu milli birlik və həmrəylik isə cənab dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət və xalqın ona inamından irəli gəlir. Odur ki, xalqımız Lideri ətrafında sıx biləşərək daha gözəl Azərbaycan qurmaq istiqamətində fəaliyyət göstərir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni-yeni uğurlara və qələblərə imza atacaq”.










