media-magaza
Ermənistan parlamentinin sədri Alen Simonyan: Mağazalarımızda Azərbaycan məhsulları olacaq

 Ermənistan parlamentinin sədri Alen Simonyan sensasion açıqlama ilə çıxış edib.

O bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyacaq:

“Bizim vahid erməni–azərbaycan əmtəə bazarımız olacaq. Mağazalarımızda Azərbaycan məhsulları görünəcək, Ermənistan məhsulları isə Bakıda və digər şəhərlərdə əlçatan olacaq. Ermənilər Azərbaycan benzinini daha ucuz ala biləcəklər — bu qaçılmazdır”, – deyə Simonyan vurğulayıb.

O etiraf edib ki, hər iki tərəfdə hələ də həssaslıq qalır: “Axı biz insan öldürmədikmi, azərbaycanlı tərəfdən adamlar ölmədimi?”, – deyə spiker xatırladıb.

Onun fikrincə, bu gərginlik zamanla aradan qalxacaq, çünki əsas prioritet sərhədlərin açılması və kommunikasiya xətlərinin tezliklə bərpa edilməsidir.

Simonyan həmçinin qeyd edib ki, artıq Moskvada və digər ölkələrdə çoxsaylı azərbaycanlı və erməni birlikdə biznes qurur, dostluq edir və normal münasibətlər saxlayır.


media-728x90banner

Bənzər xəbərlər