Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.

XALQ.AZ Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.


“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” – deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib.  


media-728x90banner

Bənzər xəbərlər