Əsirləri dəyişdirdilər
Rusiya Ukraynadan 175 Rusiya hərbçisini geri qaytarıb, Ukrayna Silahlı Qüvvələrindən isə 182 hərbi əsir təhvil verilib.
XALQ xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verərək, Kursk vilayətinin yeddi sakininin də geri qaytarıldığını və evlərinə qaytarılacağını bildirib.
Rusiya hərbçilərinin əsirlikdən qayıtmasında Birləşmiş Ərəb Əmirlikləri humanitar xarakterli vasitəçilik edib.
















