media-122

Dərnək 2025-2026-cı tədris ili çərçivəsində ilk toplantısını 27 Sentyabr-Anım Günündə keçirib

 Öz fəaliyyətində hər zaman müsbət mənada fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi (EsAzDer) daha bir yaddaqalan addım atıb. Belə ki, Dərnəyin 2025-2026-cı tədris ili çərçivəsində ilk toplantısı 27 Sentyabr- Anım Günündə keçirilib.

Bu barədə Dərnəkdən məlumat verilib.

media-10

Məlumatda deyilir ki, Anadolu Universitetinin Öyrənci Mərkəzinin Yunus Emre zalında keçirilən toplantı iki hissədən ibarət olub. Toplantının birinci yarısında şəhidlərin əziz xatirəsi yad edilib və tarixi Zəfərlə bağlı videofilm təqdim olunub. Həmçinin müharibə zamanı Azərbaycan dövlətinin, xalqının və ordusunun əldə etdiyi uğurlar, gənc övladlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub.

Görüşün ikinci hissəsində Eskişehir Azərbaycanlılar Dərnəyi rəhbəri Cavid Aydın çıxış edərək dərnəyin yeni dövr üçün fəaliyyət prinsipləri, iş qrafiki və planları müzakirə edilib. Eyni zamanda yeni Gənclik qollarının formalaşdırılması, fəaliyyətində əsas götürəcəyi meyarlar və fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, EsAzDer İdarə Heyətinin sentyabrın 15-də keçirilən iclasında Dərnəyin yeni Gənclik Qolları başqanı təyin olunub. Bu, Qarabağ müharibəsinin iştirakçısı, Anadolu Universitetinin Hüquq fakultəsinin tələbəsi Əlirza Əlirzayevdir.

 


media-728x90banner

Bənzər xəbərlər