media-este

Növbəti estetik əməliyyatı zamanı qanunsuzluq.

XALQ xəbər verir ki,  Klinikada  ilginc olay  yaşanıb.

Sadiq həkimə müraciət edən Gunay Abdullayeva (ad,soyad şərti) adlı xanım  estetik əməliyyat etdirmək istəyib. Hətta əməliyyat üçün ödəniş edib lakin  600 manat vəsaiti çatmadığı üçün, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq məcburiyyət qarşısında qalıb .

Klinikada kimi təqdim edən Fidan adlı qadın  Gunay Abdullayeva (ad,soyad şərti)     “müqavilə” bağlayıblar və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüb.

Klinikad Gunay Abdullayeva (ad,soyad şərti)  Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra  600 manatı gətirib klinikaya ödəyib öz qızıllarını istəyəndə isə qarşılaşdığı münasibət ona şok yaşadıb.

Belə ki, klinikasının rəhbəri  olan Fidan Gunay Abdullayeva (ad,soyad şərti)  qızıllarını lombarda qoyub və 5000 manat pul götürüb.

Gunay Abdullayeva (ad,soyad şərti)    bu barədə hüquq mühafizə orqanlarına müraciət edib və  Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır. Bu barədə jurnalist Sima Babayeva sosial hesabında məlumat yayıb.

Qeyd edək ki, analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.

Məsələ ilə bağlı  yazıda adların keçənlərində mövqeyini dərc etməy hazırıq.

 

 


media-728x90banner

Bənzər xəbərlər