Milli Məclisin deputatı Etibar Əliyev şəxsi sosial hesabında paylaşım edib.
Millət vəkili paylaşımında  informasiya cəmiyyətində sosial hesabdların rolu barədə öz fikirlərini bildirib.
XALQ.AZ deputatın fikirlərini təqdim edir:
Facebook-da maraqlı yazılara və informasiyalara maraq artır. Bu, evolyusiyadır. Təhsil, elm, mədəniyyət mental məsələ olduğu kimi sosial şəbəkələr də mental məsələdir.
Konkret olaraq Facebook ünsiyyət vasitəsi deyil, fərqlənmək şansıdır. Başqalarından geri qalmamaq mərəzidir. Fb-nin ən aktiv iştirakçıları bundan “sosial müşahidə” kimi istifadə edirlər. İnformasiya cəmiyyətində qəzetləri fb səhifələri, ənənəvi televiziyaları isə İnternet televiziyalar əvəz edir.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayekin 1972-ci ildə yazdığı “Azadlığın konstitusiyası” kitabından: “Biz texnoloji imkanların inkişafının şüurumuzun üzərində nəzarəti epoxasının astanasındayıq.” Yaşadığımız İnformasiya cəmiyyətində bizim bütün həyatımız İnternetin ətrafında cərəyan edir. Jurnalistlər, ekspertlər İnternetin təkamülü prosesinin bir mərhələsində anladılar ki, onların yerini bloggerlər tutublar. Jurnalist olmaq üçün Ali məktəb bitirmək, analitik düşünmək, oçerklər yazmaq, təhlillər aparmaq lazımdır. Blogger üçün bunların heç biri vacib deyil. O, özü-özünü elan edir. Başqa sözlə özü-özünün ağasıdır. O senzurasılıqdan və nəzarətsizlikdən istifadə edib istənənilən məsələyə, bir çox hallarda irrasional, subyektiv, qərəzli münasibət sərgiləyir. Burada ona ruh verən hətta şəxsiyyəti qeyr-müəyyən qalan “şəxslərin ” “bəyənmə” işarəsi qoymasıdır. “Massaçusets Texnologiya İnstitutunun professoru Şerri Törkl yazır: ” FOMO – yaxud itirilmiş imkanlar sindromu təhlükəlidir. Hər dəqiqə sosial şəbəkədə səhifəmizi yoxlayırıq ki, kim bəyənib, kimlər cavab yazıb, yaxud paylaşıb. FOMO – beyindən silinməyən və o qədər zəhlətökən xarakter alıb ki, artıq patalogiya qaçılmazdır. Artıq ailələr şam yeməyinə əyləşəndə də telefonla qurdalanırlar. Bu kədərli mənzərədir. Gənclərlə vəziyyət isə daha açınacaqlıdır. Onların canlı ünsiyyətləri telefon ekranında baş verir.”
2012-ci ildə Barak Obama maraqlı bir açıqlama ilə çıxış etdi: “İnternet öz-özlüyündə yaranmayıb. İnterneti alimlər dövlətin sifarişi əsasında yaradıblar. İndi isə dövlətin nəzarətindən çıxıb.” Bəli, İnternet, WhatsApp-dan istifadə ölkələrə fərqli həyat yaşatdı.
Sosial şəbəkələrdən rasional istifadənin vaxtı çatıb. Hiss edirəm ki, bu platformadan istifadəçilərin dünyagörüşü dəyişib…Dövlətin nəzarəti isə qaçılmazdır.

media-728x90banner

Bənzər xəbərlər