Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı zamanı 12 dövlət və hökumət başçıları ilə görüş keçirdi. Böyük siyasətdə dövlət başçılarının xarizması çox mühüm rol oynayır. Xarizma mövzusunda 100-lərlə kitab və məqalələr yazılıb. Oxuduqlarımı ümumiləşdirsəm deyə dilərəm ki, xarizmatik liderdə 5 mühüm keyfiyyət cəmlənir: mötəbərlik, şəxsiyyətin gücü, xeyirxahlıq, məqsədyönümlük və inandırıcılıq. Mötəbərlik keyfiyyəti hesabına lider xalq arasında böyük nüfuz qazana bilir. Şəxsiyyətin gücü insanları özünə cəlb edir və onlarda sədaqət dəyərini gücləndirir. Xeyirxah lider insanlara özlərinin ən yaxşı keyfiyyətlərini biruzə verrmək imkanı yaradır. Liderdə məqsədyönümlü keyfiyyət tabeliyində olan komandasını ruhlandırır və komandanı ictimai mənafeyə xidmət etməyə yönləndirir. İnandırıcılıq keyfiyyətinə malik olan lider intellektual potensialından maksimum istifadə etməklə insanlarda indiyə və gələcəyə optimizm yaradır və bununla xalqı ruhlandırır. Sadaladığm keyfiyyətlər Prezident İlham Əliyevin şəxsində aydın şəkildə görsənir.
2003-cü ilin prezident seçkilərindən sonra İlham Əliyev Prezident kimi mətbuata ilk müsahibəsində bildirmişdi: “Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam, hər bir azərbaycanlının Prezidenti olacağam”.
Bəli, İlham Əliyev bütün azərbaycanlıların prezidenti ola bildi.
Biz böyük xalq olaraq öz liderimizə güvəndik, zaman faktorunu dəyərləndirdik və zamanın axınında Zəfərimizi qazandıq. Ölkəmizdə və ölkəmizdən kənarda keçirilən bütün tədbirlərdə başda Müzəffər Ali Baş Komandanımız olmaqla Qarabağ mövzusunu önə çəkdik.
Azərbaycanda keçirilən bütün mötəbər tədbirlər dünyaya örnək oldu və olacaq. Tədbirlərin mövzuları seçilərkən onların əhəmiyyəti təkcə ölkəmiz üçün nəzərdə tutulmur, dünyanın mövcud durumu diqqət mərkəzinə gətirilir. Azərbaycan Prezidentinin həmin tədbirlərdəki çıxışlarında bəşəriyyətin qarşılaşdığı problemlərin fəlsəfəsi açılır. Sülhə-əminamanlığa yeni töhfələr verilir. Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdəki çıxışları məzmununa görə xüsusilə seçilir. Onun səsləndirdiyi fikirlər ətrafında diskussiyalar aparılır. Böyük Zəfərimizdən əvvəl dövlətimizin başçısı Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa nail oldu. 44 Günlük Vətən müharibəsi zamanı onun emosional çıxışları əsgərlərimizin döyüş ruhunu artırdı. Hətta, uşaqlar əllərində Azərbaycan bayrağını tutaraq Prezidentin səsləndirdiyi şüarları səsləndirdilər. Xarizmatik liderin gücü budur. Bəli, biz qələbə çaldıq.
Prezident İlham Əliyev çıxışlarında keçirdiyi görüşlərdə bəşəriyyətin qarşılaşdığı ekzistensional təhlükələrdən danışır. Azərbaycanda keçiriləcək COP-29 konfransında iqlim dəyişiklikləri ilə bağlı mövcud paradiqmalar saf – çürük ediləcək və elmi dövriyyəyə yeni paradiqmalar daxil olacaq. Bu mötəbər tədbirə hazırlıq yüksək səviyyədə həyata keçirilir. Yaradılan COP29 Akademiyası yeni tədqiqatların məkanına çevriləcək.
Dünya ölkələri ən mötəbər beynəlxalq tədbirlərdən birinə ev sahibliyi etmiş Azərbaycanın təcrübəsinə hələ çox istinad etməli olacaq.
Etibar Əliyev 
Fəlsəfə doktoru

media-728x90banner

Bənzər xəbərlər