Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində seçicilərin növbəti qəbulunu keçirib.
XALQ.AZ  məlumat verir ki, qəbulda vətəndaşların çoxsaylı müraciətləri dinlənilmişdir. Müraciətlər əsasən suvarma və içməli su, yol infrastrukturunun yaxşılaşdırılması, kommunal məsələlər, işsizlik və özünüməşğulluq, sosial müdafiə məsələləri, torpaq məsələlərini əhatə edirdi.  Millət vəkili tərəfindən sakinlərin problemləri diqqətlə dinlənildi və qeydə alındı. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir. Bəzi məsələlər yerində həll olundu.
Növbəti vətəndaş qəbulumuz dekabrın 21-də Bərdə rayonu Yeni Daşkənd kəndində keçiriləcək.

media-728x90banner

Bənzər xəbərlər