Fazil Məmmədov nazir müavini təyin edildi
Fazil Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.
Xalq.online Tribuna.az -a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Fazil Məmmədovu yeni vəzifədə kollektivə Baş nazir Cabbar Musayev təqdim edib.
Qeyd edək ki, F.Məmmədov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini vəzifəsində çalışıb.









