media-zuhwbbihjtsuhkwihuoxt5ubuufu0xtobpw4nt7p_450

Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 2-də Xankəndi şəhərində vətəndaşları qəbul edib.

Xalq.online bildirir ki, qəbuldan əvvəl nazir Xankəndi Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarından və Xankəndi şəhərindən ümumilikdə 18 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.media-pr4tlrr72qndejhj7u83hozcmp5rfffwrsusv9sh_1200media-vbjzy9su2mj6vitan3zr1fhtoflkqwztloffzh8d_450


media-728x90banner

Bənzər xəbərlər