Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Fəxrəddin Manaf oğlu Manafov “Şöhrət” ordeni ilə təltif edilib.
XALQ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, avqustun 2-də Xalq artisti F.Manafovun 70 yaşı tamam olacaq.