Fəzail Ağamalı ilə vida mərasimi keçirilir
Ötən gün vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçirilir.
XALQ məlumatına görə, Heydər məscidində təşkil olunan mərasimdə mərhumun yaxınları, siyasətçilər və ictimaiyyət nümayəndələri iştirak edir.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Ramana qəbiristanlığına (Gülçülük sovxozu adlanan ərazidə yerləşir) aparılacaq.
Qeyd edək ki, uzun illər siyasi fəaliyyətlə məşğul olan 79 yaşlı F.Ağamalı dünən Türkiyədə vəfat edib. O, 35 il Ana Vətən Partiyasına rəhbərlik edib. Bu yaxınlarda partiyanın sədri vəzifəsinə onun qızı Günay Ağamalı seçilib.
Mllət vəkili Günay Ağamalı bildirib ki, dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
Mərhumun oğlu Elçin Ağamalının məlumat verib ki, F.Ağamalı Ramana qəbiristanlığında (Gülçülük sovxozu adlanan ərazidə yerləşən) dəfn olunacaq.










