media-86

Ötən gün Bakıda keçirilən dəbdəbəli toy sosial şəbəkədə gündəm olub.

XALQ xəbər verir ki, məclisdə xüsusi dekor hazırlanıb.

Fovqəladə Hallar Nazirliyində Maliyyə Baş idarəsinin rəsi müavini olmuş Arif Həmzəyevin hal- hazırda nazirlikdə vəzifə sahibi olan oğlunun təmtəraqlı toyu olub. FHN-nin Təftiş idaərisnin əməkdaşı olan bəy “Piter Elçin” kimi  tanınan əslən Şəmkirdən olan  iş adamı Elçinin qızı ilə ailə qurub.

Gecədə rus ulduzlar Sevilla və Polina Qaqarina iştirak edib. Nikolay Baskov isə bəylə gəlini videogörüntü ilə təbrik edib və gələ bilmədiyi üçün üzüldüyünü bildirib. Gecədə həmçinin Xalq artistləri Elçin Əzizov, Röya “Avroviziya” iştirakçılarımız Aysel Teymurzadə, FahRee də və digər məşhurlar iştirak edib

Qeyd edək ki, məclisdə diqqət çəkən digər məqam restoranın bahalı dekorlarla bəzədilməsi olub. Toy mərasimində yüksək vəzifəli məmurların övladlarıda iştirak ediblər. Sosial platformada toy müzakirəyə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər